Kollecdə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Xuraman Ələkbərova yetkinlik yaşına çatmayanlarda aqressiv davranışın səbəbləri və təsirlərindən, aqressiyanın qarşısını almağa yönəlmiş praktiki yanaşmalardan, tərbiyə üsullarından, bioloji faktorlardan, gənclərin emosional idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün effektiv strategiyalardan bəhs edərək bildirdi ki, aqressiv davranışlar xüsusilə gənc yaşda olan şəxslər arasında çox yayılmış bir problemdir. Bu cür davranışlar yalnız şəxsin özünə deyil, cəmiyyətə də zərər verir, məhz bu səbəbdən gənclərin aqressiv davranışlarla mübarizə aparmalarını dəstəkləyək, onları bu sahədə düzgün istiqamətləndirmə bügünki nəslin tərbiyəsinin əsas prioritet istiqamətlərindəndi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Yetkinlik yaşlarına çatmayanlar arasında aqressiv davranış” mövzusunda videoçarx nümayiş olundu.