Kollecdə “Əmək bazarına çıxış imkanları” mövzusunda panel müzakirəsi keçirildi.
Kollecdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyi, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilatçılığı ilə gənclərin karyera və inkişafına dəstək məqsədilə “Əmək bazarına çıxış imkanları” mövzusunda panel müzakirə keçirildi. Tədbirdə moderator qismində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyev, spikerlər qismində isə Lənkəran-Astara Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Nahid Nağdıyev “Əmək bazarının reallıqları”, Lənkəran Regional Turizm İdarəsinin böyük məsləhətçisi Yunus Nəcəfov “Turizm sektorundakı perspektivlər”, Veb proqramçı İlkin Əsədzadə “Dövlət qulluğundakı imkanlar və sosial medianın gənclərin inkişafına təsiri” mövzusunda çıxış edərək gənclərin bacarıqlarının düzgün analizindən, əmək bazarında rəqabətə davamlılığından, dövlət sektorunda gənclər üçün real imkanlardan, şəxsi brendin formalaşmasındakı mühüm amillərdən və tələblərdən, sosial mediada görünmək üçün platformaların effektivliyindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.