Kollecdə “Milli İqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanları” mövzusunda tədbir keçirildi.

Kollecdə “Milli İqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanları” mövzusunda tədbir keçirildi.

1 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın müəllim və tələbələrinin iştirakı ilə “Milli Iqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanları” mövzusunda tədbir keçirildi. Tədbirdə “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi, “İqtisadiyyat fənləri” FBK-nın müəlimi Zəka Mehrəliyev (Dördüncü Sənaye inqilabı: insan və maşın əməkdaşlığının gələcəyi), “Marketinq (sahələr üzrə)” ixtisasının III kurs tələbələri Aygül Qasımlı, Xədicə Qasımzadə, Elmira Nəsirli (Azərbaycanda Dördüncü Sənaye texnologiyalarının iqtisadiyyatının müxtəlif sektorlarına inteqrasiyası), “Maliyyə işi” ixtisasının III kurs tələbələri Mehriban Kərimli, Nicat Qasımov, Ayşən Məmmədova (Azərbaycanda 4-cü Sənaye İnqilabının çətinlikləri və maneələri), “Mühasibat uçotu” ixtisasının III kurs tələbələri Fatimə Muradlı (Kodlarla düşünən gələcək), Nahidə Babaşova (Dördüncü sənaye inqilabının inkişafı üçün irəli sürülən fikirlər), “Sığorta işi” ixtisasının III kurs tələbələri Aysel Əkbərova, Bənövşə Həsənova (Dördüncü sənaye inqilabı) mövzusunda çıxış edərək Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiq imkanları və faydalarından, rəqəmsallaşmanın dünya iqtisadiyyatının o cümlədən Azərbaycan iqtisadiyyatının gələcək inkişafına təsirindən, yaratdığı iqtisadi imkanlardan, insan kapitalının bu yeniliklərə çevik adaptasiya olmasından və yeni bacarıqların mənimsənilməsinin vacibliyindən, süni intelektin növlərindən, bu texnologiyaların iqtisadiyyatın əsas sektorlarını inkişaf etdirməklə yanaşı iş yerlərinin optimallaşdırılması, insan resurslarının effektiv istifadəsi və innovasiya mədəniyyətinin formalaşdırılmasında mühüm rolundan, ölkənin regionda və qlobal miqyasda daha güclü iqtisadi mövqelərə malik olmasına şərait yaratmağından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.

Добавить комментарий