Kollecdə “Çəltikçilik” mövzusunda tədbir keçirildi.
1 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Çəltikçilik” mövzusunda tədbir keçirildi. Tədbirdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Nahid Əzizli çıxış edərək çəltik bitkisindən, yarımnövlərindən, vegetasiya müddətindən, çəltik toxumlarının səpin üçün hazırlanmasından, səpin üsulları və formalarından, məhsulun yığılması vaxtı və texnikasından, Azərbaycanda çəltiyin əkinçiliyinə görə bölündüyü zonalardan, Lənkəranda çəltikçiliyin ənənələrindən və tarixindən ətraflı məlumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.