Kollecdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçirildi.
6 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçirildi. Yarışda ixtisaslar üzrə ümumilikdə 10 komanda “Turizm işinin təşkili I”, “Olimpus (Muzey işi və abidələrin qorunması II)”, “Ulduz (Məktəbəqədər təhsil I)”, “Starts (Hidromeliorasiya və torpaq mühafizəsi II)”, “Turizmçilər (Turizm işinin təşkili II), Dahilər (Turizm bələdçiliyil II), Zirvə (Dizayn (İnteryer üzrə I)”, “Karma (Kitabxana işi və Mühasibat uçotu II)”, “Zəfər (Kitabxana işi I)”, “Qartallar (Aqronomluq II, Hidromeliorasiya və torpaq mühafizəsi I)”.
Maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerin qalibi Turizm işinin təşkili I , 2-ci yerin qalibi Karma, 3-cü yerin qalibi Dahilər olmuşdur. Qalib komandalar növbəti mərhələdə mübarizəni davam etdirəcəklər.