Kollecdə “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda tədbir keçirildi.

Kollecdə “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası”na uyğun olaraq“ “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Kollecin psixoloqu Zülfiyyə Əliyeva gənclərin sağlam mühitdə formalaşması, dünya görüşlərinin zənginləşdirilməsi, ailələrin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən, o cümlədən erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələridən, sosial və psixoloji fəsadlarından, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktorlardan, bu sosial problemin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyindən, gənclərə psixoloji dəstəyin göstərilməsindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий