Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı keçirildi.

Kollecdə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə   həsr olunmuş  konsert proqramı keçirildi.

8 may 2025-ci il tarixində Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən bəhs etdi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin “Kollektiv ifa” nominasiyasında respublika üzrə II yerin qalibi Vokal sənəti (xanəndəlik) ixtisasının tələbələri və həmin tələbələrin müəllimləri kollecin ictimai mədəni tədbirlərində fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif edildi.
Sonra Kollecin və Lənkəran Dövlət Universitetinin tələbələrinin ifasında müsiqi nömrələri təqdim olundu.

Добавить комментарий