Kollecdə “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda tədbir keçirildi.
10 iyun 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda tədbir keçirildi. Tədbirdə təlim texnologiyalarının tətbiqi və qiymətləndirmə şöbəsinin müdiri Həbib Həbibi Dayanıqlı inkişafın mahiyyətindən, əsas prinsiplərdən, iqlim dəyişikliyi və ekoloji problemlərlə mübarizədən, bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalardan, dayanıqlılığın təməlində duran təhsil islahatlarından bəhs edərək bildirdi ki, bacarıqların artırılması yalnız ekoloji deyil, sosial və iqtisadi sahələrdə də ölkənin rəqabət qabiliyyətini gücləndirir, həmçinin təhsil sistemində də yeni nəsil bacarıqların inkişaf etdirilməsi gələcək liderlərin yetişdirilməsində mühüm rol oynayacaqdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.