Kollecdə imtahan sessiyası davam edir.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə yaz semestrinin imtahan sessiyası davam edir. 18 iyun 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov kollecə gələrək imtahan prosesini izləmiş, tələbələrlə görüşüb onların qayğı və problemləri ilə maraqlanmışdır.