Kollecdə “Milli Musiqi Günü” qeyd olundu.

18 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Milli Musiqi Günü” qeyd olundu. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasınının Dövlət Himni səsləndirildi. Tədbirdə çıxış edən “İncəsənət fənlər” FBK-nın sədri İlqar Əliyev 1995-ci ildə Ulu Öndərin fərmanı ilə 18 sentyabr Üzeyir Hacıbəylinin anadan olmasının Milli Musiqi Günü kimi qeyd olunmasından, Azərbaycan bəstəkarı, şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin həyat yolundan, zəngin yaradıcılığı və elmi irsindən, milli musiqimizin inkişafında misilsiz xidmətlərindən bəhs etdi.
Sonra “İncəsənət fənlər” FBK-nın müəllim və tələbələrinin hazırladıqları konsert proqramı tədbir iştirakçılarına təqdim olundu.
Sonda “Üzeyir Hacıbəylinin 140 illik yubileyinə” həsr olunmuş videorolik nümayiş olundu.

Добавить комментарий