Kollecdə 27 sentyabr “Anım günü”nə həsr olunmuş “Qəhrəmanlıqla yazılmış tarix” mövzusunda konfrans keçirildi.
25 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec və Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr “Anım günü”nə həsr olunmuş “Qəhrəmanlıqla yazılmış tarix” mövzusunda konfrans keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasınının Dövlət Himni səsləndirildi. Konfransı giriş sözü ilə açan Kollecin direktoru, təşkilat komitəsinin sədri Leyla İbrahimova Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla dövlətin birliyindən, 27 Sentyabrın Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacağından bəhs etdi.
Tədbirdə çıxış edənlər tədris işləri üzrə direktor müavini Emil Vahabov (Zəfərə aparan mübarizə), YAP Lənkəran rayon təşkilatı aparatının təşkilati işlər üzrə məsləhətçisi Yalçın Əliyev (27 sentyabr milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir gündür), “Aqrar və texnoloji şöbənin müdiri Ziya Əlinur (Dövlətçilk fəlsəfəmizdə qəhrəmanlıq zirvəsi:27 sentyabr), “Humanitar fənlər” FBK-nın sədri Ülkər Bəşirova (Xalqın fəth etdiyi zəfər zirvəsi), “Aqrar və ekoloji fənlər” FBK-nın sədri Nərgiz Əkbərova (Tarix yazılmış xalq), Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nazlı Cəfərzadə (Bir millətin ağrısı, bir millətin qüruru) bildirdilər ki, 27 sentyabr 2020-ci il doğma torpaqlarımızı işğaldan azad etmək, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətin tapdağından qurtara biləcək bir dövlətin-Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Prezident, Ali Baş Komandan İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük straterq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Allah şəhidlərimizi rəhmət eləsin!