Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Şərabçılıq” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Şərabçılıq” mövzusunda tədbir keçirildi. Tədbirdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Ülviyyə İmaməlizadə çıxış edərək Azərbaycanda şərabçılığın tarixindən, şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsindən, dadılması və necə qiymətləndirilməsindən, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsindən, müasir texnologiyalar əsasında qurulmasından, xammal təminatının yaxşılaşdırılmasından, üzüm çeşidləri və bağçılıqdan, şərab istehsalı prosesindən, şərabçılığın gələcəyi və turizm potensialından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.