Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda tədbir keçirildi.
26 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi dayanıqlı inkişafın əsas prinsiplərindən, iqlim dəyişikliyi və ekoloji problemlərlə mübarizədən, bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalardan, enerji səmərəliliyini artırmaq və bərpa olunan enerji mənbələrinə verilən üstünlükdən, tullantıların idarə olunmasında effektiv metodlardan, dayanıqlı istehsal və istehlak modellərini dəstəkləməkdən, sosial bərabərsizliyi azaltmaq və inklüziv cəmiyyət qurmaqdan, dayanıqlılığın təməlində duran təhsil islahatlarından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.