Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu.

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbələrinin iştirakı ilə Azərbaycanın görkəmli Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirdə çıxış edənlər- kollecin kitabxana müdiri Vəsilə Cabbarlı, “Tarix və sosial fənlər” FBK-nın müəllimi Zaidə Məlikova tədbirin əsas məqsədi Bəxtiyar Vahabzadənin ədəbi irsini gənc nəslə tanıtmaq, milli ruhun və vətənpərvərlik ideyalarının təbliğini gücləndirmək, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələri bir daha ön plana çıxarmaq olduğunu bildiriblər. Həmçinin tədbirdə nümayiş olunan Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, seçilmiş əsərləri, o cümlədən onun haqqında yazılan ədəbiyyat nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Добавить комментарий