Kollecdə “Çəltikçilik” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Çəltikçilik” mövzusunda tədbir keçirildi. Tədbirdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Ayşən Cavadova çıxış edərək çəltik və onun xüsusiyyətlərindən, yarımnövlərindən, əsas sortlarından, problemlərindən, çəltikçilik texnologiyasından, çəltiyin mənşəyi və yayılmasından, iqtisadi və sosial əhəmiyyətindən, biçin və emal prosesindən, inkişaf perspektivlərindən, qarşıda duran problemlər və inkişaf istiqamətlərindən, Lənkəranda çəltikçiliyin ənənələrindən və tarixindən ətraflı məlumat verərək tələbələri maraqlandıran suallar cavablandırıldı.