Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Karyera mərkəzlərində xidmət göstərən karyera məsləhətçiləri üçün təlim keçirilməsi” mövzusunda maarifləndirici görüş keçirildi.

Kollecdə Dövlət proqramlarına uyğun olaraq  “Karyera mərkəzlərində xidmət göstərən karyera məsləhətçiləri üçün təlim keçirilməsi” mövzusunda maarifləndirici görüş keçirildi.

8 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Karyera mərkəzlərində xidmət göstərən karyera məsləhətçiləri üçün təlim keçirilməsi” mövzusunda Paşa Sığortanın Lənkəran Regional nümayəndəliyinin rəhbəri Ramazan Mehtizadə tərəfindən maarifləndirici görüş keçirildi. Görüşdə çıxış edən Ramazan Mehtizadə karyera məsələlərindən, sığorta işinin iqtisadiyyatdakı rolu, müasir trendlər, mövcud karyera imkanları və perspektivlər, müştəri ilə ünsiyyət bacarıqları və peşəkar sığorta mütəxəssisi olmağın yolları barədə məlumat verdi. İnteraktiv şəkildə keçirilən görüşdə tələbələrin sualları cavablandırıldı.
Tədbirin sonunda Paşa sığorta tərəfindən görüşdə aktiv iştirak edən tələbələrə xatirə hədiyyələri təqdim olundu.

Добавить комментарий