Kollecdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq Hüquqları —Gələcəyin Təminatı” adlı tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, direktor köməkçisi Aygün Axundzadə, təlim texnologiyalarının tətbiqi və qiymətləndirmə şöbəsinin müdiri Həbib Həbibi, “Riyaziyyat və informatika” FBK-nın müəllimləri, “Tarix və sosial fənlər” FBK-nın müəllimi Payızgül Baxşızadə və Ümumi Orta Təhsil Bazasından qəbul olan I tədris ili tələbələrinin iştirakı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq Hüquqları —Gələcəyin Təminatı” adlı tədbir keçirildi. Tədbirdə çıxış edənlər uşaq hüquqlarından, qorunmasından, yaranma tarixindən, milli və beynəlxalq qanunvericilikdən, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərlərdən, onlara yaradılan şəraitdən bəhs etdilər. Bildirildi ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Sonda “Uşaq Hüquqları Aylığı”na həsr olunmuş videoçarx nümayiş olundu.

