Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil və elmi müəssisələrlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil və elmi müəssisələrlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Sevanə Abbasova arxiv işinin əsas prinsiplərindən, arxivdə sənədlərin düzgün saxlanılması, onların əlçatanlığının təmin edilməsi və məlumatların dəqiqliklə qeydə alınmasından, arxiv fondlarının formalaşdırılmasından, sənədlərin təsnifatından, indeksləşdirilməsi və elektron arxivlərin yaradılmasından, sənədlərin qorunması üçün tələb olunan şəraitdən, arxivləşdirmə, arxiv işi və qaydalarından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий