Kollecdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların Səsi – Gələcəyin Gücü” adlı seminar keçirildi.

Kollecdə  “Uşaq hüquqları aylığı”  çərçivəsində  “Uşaqların Səsi – Gələcəyin Gücü” adlı seminar keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların Səsi – Gələcəyin Gücü” adlı seminar keçirildi. Seminarda çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Ayla Nəsirli uşaq hüquqlarının anlayışı və tarixi inkişafından, BMT-nin üşaq hüquqları haqqında konvensiyasının əsas prinsiplərindən, müasir dövrdə uşaq hüquqlarının qarşısında dayanan problemlərdən, uşaqların təhsil almaq, təhlükəsiz mühitdə böyümək və öz fikirlərini azad ifadə etmək hüquqlarının beynəlxalq və milli səviyyədə qorunmağından bəhs etdi. Bildirdi ki, uşaq hüquqlarının müdafiəsi təkcə dövlətin deyil, həm də cəmiyyətin, ailənin və hər bir fərdin üzərinə düşən mənəvi borcdur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий