Kollecdə Dövlət proqramlarına uyğun olaraq tədbir keçirildi.

Kollecdə Dövlət proqramlarına uyğun olaraq  tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Sitrus meyvəçiliyi sahəsi üçün ixtisaslı kadrların hazırlanmasının təşkili” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Ayşən Cavadova torpaq analizlərinin aparılması və gübrələmə planlarının hazırlanmasından, sitrus bağlarının salınması və cərgəarası becərmə texnologiyalarından, zərərverici və xəstəliklərə qarşı inteqrir mübarizə tədbirlərindən, sitrusçuluq üzrə yeni tədris materiallarının, metodik vəsaitlərin və praktiki dərs proqramlarının hazırlanmasından, sitrus bitkilərinin becərilməsində innovativ və ekoloji dayanıqlı texnologiyaların tətbiqindən, Lənkəranda yetişdirilən sitrus növlərindən və inkişaf perspektivlərindən bəhs etdi. Bildirdi ki, sitrus meyvəçiliyi sahəsində ixtisaslı kadrların hazırlanması həm ölkənin ərzaq təhlükəsizliyinə, həm də iqtisadiyyatın aqrar sektoru üzrə fəaliyyət göstərən ərazilərində məşğulluğun artmasına mühüm töhfə verəcək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий