Kollecdə Konstitusiya və suverenlik ilinə həsr olunmuş “Nə? Harada?, Nə zaman?” adlı intellektual yarış keçilirdi.
17 noyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi, Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və suverenlik ilinə həsr olunmuş “Nə? Harada?, Nə zaman?” adlı intellektual yarış keçilirdi. Maraqlı mübarizə şəraitində keçirilən yarışda Kollecin 12 ixtisas qrupu üzrə 12 komanda iştirak edirdi. Yarışın yekununda 1-ci yerin qalibi “Kitabxana işi” ixtisasının III tədris ili qrupunun “İgnite Lexicon” komandası, 2-ci yerin qalibi “Dizayn (interyer üzrə) ixtisasının II tədris ili qrupunun “Zəfər” komandası, 3-cü yerin qalibi “Maliyyə işi” ixtisasının I tədris ili qrupunun “Stars of Finance” komandası oldular.

