Kollecdə “Conversation club” təşkil olunub.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xarici dillər FBK-nın müəllimi Qumral Mehrəliyeva və Tələbə Həmkarlar Təşkilatı ilə birgə “Conversation club” təşkil olunub. Əsas məqsəd tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarını inkişaf etdirmək, onların ünsiyyət qurma qabiliyyətini artırmaq və dil mühitində özünü sərbəst ifadə etmələrinə şərait yaratmaq olan klubda iştirakçılar mövzu üzrə qarşılıqlı müzakirələr apararaq, interaktiv fəaliyyətlərdə iştirak ediblər və bu iştirakçıların dil bacarıqlarının inkişafı, ünsiyyət mühitinin formalaşdırılması və xarici dil öyrənməyə olan marağın artırılması baxımından olduqca faydalıdır. Tələbə Həmkarlar Təşkilatı nəzdində yaradılan bu kimi klubların fəaliyyətləri tədris ili boyunca nəzərdə tutulur.

