Kollecdə “Müasir təhsildə karyera imkanları” mövzusunda tədbir keçirildi.

Kollecdə “Müasir təhsildə karyera imkanları” mövzusunda  tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyi və Kollecin Tələbə Gənclər təşkilatının birgə təşkilatçılığı ilə “Müasir təhsildə karyera imkanları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər karyera hədəflərinin düzgün müəyyən edilməsi və hədəflərə aparan addımların planlaşdırılmasından, şəxsi və peşəkar inkişaf üçün vacib olan bacarıqların formalaşdırılması, müasir əmək bazarında tələb olunan kompetensiyalar və şirkətlərin işə qəbul meyarlarından, gələcəkdə yaradılacaq iş imkanları və inkişaf perspektivlərindən, gənclərin iş dünyasına hazırlaşması üçün praktiki tövsiyələrdən və bu kimi layihələrin gənclərin peşə seçimində mühüm rol oynamağından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.

Добавить комментарий