Kollecdə “Kitab Klubu”nun növbəti görüşü keçirilib.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Təlim texnologiyalarının tətbiqi və qiymətləndirmə şöbəsinin müdiri Həbib Həbibi, Təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə “Kitab Klubu”nun növbəti görüşü keçirilib. Klub üzvləri Deniel Defonun dünya ədəbiyyatının klassik əsərlərindən biri olan “Robinzon Kruzo” romanını müzakirə ediblər. Müzakirədə insan iradəsi, mübarizə, tənha mühitdə həyatda qalma bacarığı və müəllifin psixoloji təsvirləri iştirakçılar tərəfindən geniş müzakirə olunub, həmçinin növbəti kitab klubunun tarixi və müzakirə olunacaq əsər də müəyyən edilib.
Qeyd edək ki, bu təşəbbüs tələbələrdə mütaliə, ədəbiyyatlarla tanışlıq və ən əsası kitab oxumağa böyük maraq, stimul yaradır.

