Kollecdə “2 Fevral Azərbaycan Gəncləri günü” mövzusunda tədbir keçirildi.
fevral 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “2 Fevral Azərbaycan Gəncləri günü” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Mələk Əhmədzadə, Payızgül Baxşızadə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini prezident İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilməsindən, gənclərimizin ölkəmizin ictimai-mədəni həyatındakı aktiv rolundan, II Qarabağ müharibəsindəki gənclərimizin vətənpərvərlik ruhundan, mübarizindən bəhs etdilər. Bildirdilər ki, bu gün Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı onların hərtərəfli inkişafına, bilikli, vətənpərvər və müasir düşüncəli kadrlar kimi formalaşmasına xidmət edir, gənclər ölkənin sosial-iqtisadi inkişafında, ictimai-siyasi proseslərdə və milli maraqların qorunmasında fəal iştirak edirlər. Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların milli ruhda yetişməsinin bariz nümunəsidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

