Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
12 fevral 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın sədri, Kollecin direktoru Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” haqqında tədris işləri üzrə direktor müavini Emil Vahabov çıxış edərək statistik göstəricilərə əsaslanaraq ixtisaslar üzrə nəticələrin artım və azalma tendensiyalarını təhlil etmiş və cari semestrin keyfiyyət göstəricilərini açıqlamışdır.
“2025/2026-cı tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti” haqqında Sosial şöbənin müdiri Gülayə Talışxanova, Aqrar və texnoloji şöbənin müdiri Ziya Əlinur çıxış edərək bildirdilər ki, semestrə hazırlıq çərçivəsində tədris prosesinin təşkili ilə bağlı bütün zəruri sənədləşmə işləri aparılmış, sillabuslar yenilənmiş, müəllimlərin iş planları təsdiq edilmişdir.
“Buraxılış kurs tələbələrinin təcrübəsinə hazırlığın vəziyyəti” haqqında təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev çıxış edərək buraxılış kurs tələbələrinin istehsalat təcrübəsinə hazırlıq səviyyəsi barədə ətraflı məlumat verdi. Bildirildi ki, tələbələrin təcrübə bazaları müəyyən edilmiş, müvafiq müəssisələrlə əməkdaşlıq müqavilələri bağlanmış və tələbələrə lazımi metodiki göstərişlər təqdim olunmuşdur.
“Pedaqoji Şurada qəbul edilmiş qərarların icrası” haqqında Pedaqoji Şuranın katibi çıxış edərək qəbul edilmiş qərarların icrasından və görülmüş işlərdən bəhs etdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq Şuraya yekun vuruldu.

