Kollecdə “Ana dilimiz milli kimliyimizin əsası”dır mövzusunda xüsusu dərs keçirildi.

Kollecdə “Ana dilimiz milli kimliyimizin əsası”dır mövzusunda xüsusu dərs keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 21 Fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz milli kimliyimizin əsası”dır mövzusunda xüsusu dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Nuranə Əskərova 21 Fevralın dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasından, ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynamasından, Ümummilli lider Heydər Əliyevin dilimizə qayğısından, ölkə başçısı İlham Əliyevin ana dilimizin inkişafında uğurlu fəaliyyət istiqamətindən bəhs etdi. Bildirildi ki, ana dilində təhsil almaq insanın bilikləri daha asan və dərindən mənimsəməsinə, düşünmə qabiliyyətinin və yaradıcılıq potensialının inkişafına geniş imkanlar yaradır. Ana dili eyni zamanda soydaşlarımız arasında möhkəm mənəvi körpü rolunu oynayır, milli həmrəyliyi gücləndirir və cəmiyyət daxilində sağlam ünsiyyətin formalaşmasına xidmət edir, hər bir vətəndaş öz ana dilinə sevgi və hörmətlə yanaşmalı, onun saflığının qorunmasına və zənginləşdirilməsinə töhfə verməlidir. Ana dilinə qayğı göstərmək gələcəyimizə, milli kimliyimizə və mədəni irsimizə sahib çıxmaq deməkdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий