Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Çayçılıq sahəsi üçün ixtisaslı kadrların hazırlanması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Çayçılıq sahəsi üçün ixtisaslı kadrların hazırlanması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Nahid Əzizli çayçılığın ölkə iqtisadiyyatında mühüm yerindən, bu sahənin inkişafı üçün peşəkar və ixtisaslı kadr hazırlığının vacibliyindən, çayçılıq sahəsində müasir yanaşmalar, aqrotexniki qaydalar və innovativ texnologiyaların tətbiqindən, Lənkəran rayonunda çayçılığın inkişaf tarixindən, bölgənin çay istehsalı üzrə ənənələrindən bəhs etdi. Bildirdi ki, son illərdə dövlət tərəfindən Lənkəranda çayçılığın bərpası və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yeni plantasiyalar salınmış, müasir texnologiyalar tətbiq olunmuş, bu sahəyə marağın artması nəticəsində peşəkar və ixtisaslı kadrların hazırlanması zərurəti daha da ön plana çıxmışdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

