Kollecdə “Turizmin ölkənin sosial-iqtisadi tərəqqisində və gələcək inkişafında rolu” mövzusunda tədbir keçirildi.

Kollecdə “Turizmin ölkənin sosial-iqtisadi tərəqqisində və gələcək inkişafında rolu” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respubliksanın Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Stratergiyası”na əsasən “Turizmin ölkənin sosial-iqtisadi tərəqqisində və gələcək inkişafında rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Orxan Rüstəmov turizmin ölkə iqtisadiyyatında mühüm rolundan, bu sahənin inkişafının yeni iş yerlərinin yaradılmasına, regionların sosial rifahının yüksəlməsinə və ölkənin beynəlxalq imicinin güclənməsinə müsbət təsirindən, Azərbaycanın zəngin təbii ehtiyatlarının, tarixi-mədəni abidələrinin və milli-mənəvi dəyərlərinin turizm potensialının artırılmasında xüsusi əhəmiyyətindən bəhs etdi.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий