Kollecdə “Azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış strategiyası” mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq “Azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış strategiyası” mövzusunda tədbir keçirildi. Tədbirdə “Tarix və sosial fənlər” FBK-nın müəllimi Payızgül Baxşızadə çıxış edərək bildirdi ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Böyük Qayıdış strategiyası yalnız məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməklə kifayətlənmir, eyni zamanda həmin ərazilərdə müasir infrastrukturun qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sosial rifahın yüksəldilməsi və təhlükəsiz yaşayış mühitinin yaradılmasını da əhatə edir. Həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində azad olunmuş ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulur, müasir texnologiyaların tətbiqi ilə innovativ inkişaf modeli formalaşdırılır. O, həmçinin gənclərin bu proseslərdə fəal iştirakının vacibliyini qeyd edərək, tələbələrə vətənpərvərlik ruhunda yetişməyi və ölkənin gələcək inkişafına töhfə verməyi tövsiyə etmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

