Kollecdə xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolllecdə dövlət proqramlarına uyğun olaraq “İnsan hüquqları” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə “Tarix və sosial fənlər” FBK-nın müəllimi Günel Əliyeva çıxış edərək insan hüquqlarının mahiyyətindən, bu istiqamətdə beynəlxalq təşkilatların rolundan, insan hüquqlarının gündəlik həyatda tətbiqindən, davamlı inkişafından, insan hüquqları sahəsində təhsilin cəmiyyətin maariflənməsində, tolerantlığın və sosial ədalətin formalaşmasında mühüm təsirindən bəhs edərək tələbələri maraqlandıran sualları cavalandırdı.

