Kollecdə xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrtar-Texnoloji Kollecdə dövlət proqramlarına uyğun olaraq “Bağacığın bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, vurduğu zərər və mübarizə üsullarına dair maarifləndirmə” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Mirimran Mehtizadə qəhvəyi mərmər bağacığın xüsusiyyətlərindən, qidalandığı bitkilərdən, kənd təsərrüfatına vurduğu zərər və ona qarşı mübarizə üsullarından, bağacığına qarşı mübarizə məqsədilə ölkədə aparılan monitorinqlərdən, əhali və sahibkarlar arasında maarifləndirmə işlərinin gücləndirilməsindən, vaxtında profilaktik tədbirlərin görülməsinin vacibliyindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.

