Kollecdə təlim keçirildi.

Kollecdə təlim keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev tərəfindən “Elmi Məqalə və Tezisin Yazılması: Akademik Tələblər və Beynəlxalq Elmi İndekslər” mövzusunda təlim keçirildi. Təlimdə çıxış edən Elvin Əliyev elmi məqalənin, tezislərin hazırlanmasından, strukturunun düzgün qurulmasından və akademik yazı qaydalarına riayət olunmasının vacibliyindən, tədqiqatın məqsəd və vəzifələrindən, beynəlxalq elmi indekslərdə nəşrin əhəmiyyətindən, Scopus və Web of Science platformalarda dərc olunan məqalələrin tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsində mühüm rolundan, bu bazalarda indeksləşən jurnallarda nəşr olunmasından, düzgün istinad qaydalarının tətbiqindən, mənbələrdən səmərəli istifadə və müəllif hüquqlarına hörmətin vacibliyindən bəhs edərək təlim iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий