Kollecdə tədbir keçirildi.

Kollecdə tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Şəhərsalma forumu: Gələcəyin ideyaları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimləri- Nərgiz Əkbərova, Mirimran Mehtizadə insanların rahat yaşayışını təmin edən, ekoloji cəhətdən təmiz və texnologiya ilə inteqrasiya olunmuş şəhər mühitinin formalaşmasından, ağıllı şəhər konsepsiyası, yaşıl enerjidən istifadə, ictimai məkanların genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən, şəhərsalmada insan amilinin əsas götürülməsi, sosial rifahın yüksəldilməsi və həyat keyfiyyətinin artırılmasının vacibliyindən, şəhərlərin daha təhlükəsiz, rahat və davamlı inkişafını təmin edən yeni yanaşmaların tətbiqindən bəhs etdilər.

Добавить комментарий