Kollecdə intellektual yarış keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçiridi. Ümumilikdə 9 komandanın- “Zirvə”, “Strateqlər”, “Stars of Finance”, “Secret brains”, “5 ulduz”, “Fibona”, “Dominant”, “Xəmsə”, “Səltənət” komandanın iştirakı ilə keçirilən yarış “Fibonacci” oyununun qaydalarına əsasən 4 mərhələ və final mərhələsindən ibarət olmuşdur. Maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerin qalibi Fibona, 2-ci yerin qalibi Secret brains, 3-cü yerin qalibi Xəmsə komandası olmuşdur.
Sonda yarışın qalibləri diplom və medallarla təltif olundular.

