Kollecdə tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinin və startapların fəaliyyətinin təşviqi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Riyaziyyat və informatika” FBK-nın müəllimi Nəsibə Hüseynzadə informasiya təhlükəsizliyinin rəqəmsal mühitdə artan önəmindən, kibertəhlükələrə qarşı effektiv mübarizə aparmaq üçün süni intellekt əsaslı həllərdən, böyük verilənlərin analizindən, bulud texnologiyaları və digər qabaqcıl innovasiyaların tətbiqindən, informasiya təhlükəsizliyinin təmin edilməsi vasitələrindən, effektiv idarəetmə, risklərin düzgün qiymətləndirilməsindən, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən startapların innovativ məhsul və xidmətlər təqdim etməklə bu sahənin inkişafına əhəmiyyətindən bəhs etdi.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

