Kollecdə “Ümummilli lider Heydər Əliyevin anım günü” nə həsr olunmuş açıq dərs keçirildi.

Kollecdə “Ümummilli lider Heydər Əliyevin anım günü” nə həsr olunmuş açıq dərs  keçirildi.

12 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər” FBK-da Günəş Salayevanın “Ümummilli lider Heydər Əliyevin anım günü” nə həsr olunmuş açıq dərsi keçirildi. Günəş Salayeva çıxışında bildirdi ki, dekabrın 12-si xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş, onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий