Kollecdə Yeni il tədbiri keçirildi

Kollecdə Yeni il tədbiri keçirildi

26 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş Yeni il tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq tədbir iştirakçılarını qarşıda gələn Yeni il mühasibəti ilə təbrik etdi və Heydər Əliyev ili ilə bağlı keçirilən tədbirlərdə fərqlənən tələbələri mükafatlandırdı.Yeni il tədbiri ilə bağlı “İnstrumental ifaçılıq” ixtisası üzrə tələbələrin yekun hesabat konserti təqdim olundu, həmçinin tədbirdə yeni ilin simvolu olan şaxta baba iştirak edərək tələbələri, müəllimləri təbrik etdi, tədbirə rəngarənglik qatdı. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Добавить комментарий