Kollecdə “Unutmadıq ,unutmarıq “mövzusunda dəyirmi masa keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər ” FBK tərəfindən “Unutmadıq ,unutmarıq mövzusunda dəyirmi masa keçirildi. Çıxış edənlər Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etdilər.