Kollecdə “Təhsil müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsi, müvafiq qəbul prosesinin elektronlaşdırılması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə  təhsil sənədləri üzrə mütəxəssis  Maya  Muradovanın  iştirakı ilə “Təhsil müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsi, müvafiq qəbul prosesinin elektronlaşdırılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən təhsil sənədləri üzrə mütəxəssis  Maya  Muradova çıxışında bildirdi ki, Kollecdə əlavə təhsil  təkrar orta ixtisas təhsili forması şəklində həyata keçirilir. Təkrar orta ixtisas təhsili ilkin təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda mütəxəssislərə verilən əlavə təhsil növüdür və mütəxəssis hazırlamaq işində çevikliyin və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədilə təkrar orta ixtisas təhsili bu təhsil almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsində bağlanmış müqavilələr əsasında həyata keçirilir. Kollecdə təkrar  orta ixtisas təhsili müvafiq prosedur qaydalarına uyğun olaraq təşkil olunur, müvafiq yaradılmış komissiya tərəfindən prosedur qaydalarına uyğun sistem üzərindən  tam obyektiv və şəffaflıq prinsipi əsas götürülərək həyata keçirilir.
    Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	