Kollecdə “COP29 ” mövzusunda maarifləndirici seminar keçirildi.
     11 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə  “Aqrar və ekoloji fənlər” FBK tərəfindən  “COP29  ” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda çıxış edən  Nərgiz Əkbərova COP29  tədbirinin mahiyyətindən, bu tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, bütün dünya dövlətlərinin diqqətini Azərbaycana çəkməklə ölkəmizin beynəlxalq arenada nüfuzunu möhkəmləndirməkdən bəhs edərək bildirdi ki,  Azərbaycanın neft-qaz  sənayesi inkişaf etmiş bir ölkə olaraq belə bir mötəbər tədbirə ev sahibliyi etməsi özü də bir simvolik məna daşıyır, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinə qarşı mübarizəyə daim öz töhfəsini verir.
    Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	