Kollecdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” çərçivəsində seminar keçirildi.
   13 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və  Aqrar-Texnoloji  Kollecdə  “Tarix və sosial fənlər”  FBK-nın müəllimi Günəş  Salayeva tərəfindən  “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” çərçivəsində dəyirmi masa keçirildi. Tədbirdə  çıxış edən  Günəş Salayeva  Naxçıvan diyarının  Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutduğundan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığından, Naxçıvan şəhərinin  Azərbaycan Atabəyləri–Eldəgizlər dövlətinin paytaxtı olduğundan, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapdığından, əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verdiyindən bəhs edərək bildirdi ki, 100 yaşı olan qədim diyarımız Naxçıvan bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini verməkdə davam edəcək.
  “Naxçıvanın 100 illiyinə”  həsr olunmuş videoçarx nümayiş olundu.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	