Kollecdə “İnsan hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirildi
    Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial fənlər” FBK-nın müəllimləri  Salayeva Günəş, Bağırova Sevinc  tərəfindən “İnsan hüquqlarının müdafiəsi” mövzusunda  tədbir keçirildi. Tədbirdə çıxış edənlər gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə həyata keçirən tədbir və islahatlardan, gender bərabərliyindən və qadın hüquqlarından, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etməkdən   bəhs edərək bildirdilər  ki, insan hüquqları haqqında öhdəliklərə riayət etmək və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas  göstəricisidir.
  Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	