Kollecdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.
    24 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə  Kollecin Psixoloqu Zülfiyyə Əliyeva, “Təbiyyat fənləri” FBK-nın müəllimi Yeganə Nuriyeva  tərəfindən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi. Tədbirdə  çıxış edən Zülfiyyə Əliyeva dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən bəhs etdi.
   Yeganə Nuriyeva çıxışında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillər olduğundan məlumat verərək  bildirdi ki, bu yolu seçənlər zamanla toplumda öz statusunu itirməyə başlayır, özlərini cəmiyyətdən  təcrid edirlər, çünki narkotik maddələr insanın ruhunu, psixologiyasını öldürür.
     Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	