Kollecdə “Təhsil müəssisələrinin fəaliyyətində cinsi mənsubiyyətə görə ayrı-seçkilik” mövzusunda tədbir keçirildi.

Kollecdə “Təhsil müəssisələrinin fəaliyyətində cinsi mənsubiyyətə görə ayrı-seçkilik” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təhsil müəssisələrinin fəaliyyətində cinsi mənsubiyyətə görə ayrı-seçkilik” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Payızgül Baxşızadə təhsil mühitində gender bərabərliyinin təşviqindən, cinsi ayrı-seçkiliyin qarşısının alınmasından, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə həyata keçirən tədbir və islahatlardan, gender bərabərliyindən və qadın hüquqlarından bəhs etdi. Bildirdi ki, gender bərabərliyinin qorunması və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edən istiqamətlərdəndir.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий