Kollecdə “Qızların təhsilinə dəstək” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Gender (kişi və qadınların) bərabərliyinijn təminatları haqqında” Azərbaycan Respublikasının qanununun icrası ilə əlaqədar “Qızların təhsilinə dəstək” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mehman Kərimov gender bərabərliyi, onun tarixi inkişaf və mübarizəsindən, qadın hüquqlarından, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etməsindən, təhsil alan qızların ailədə və cəmiyyətdə daha fəal mövqe tutmasından bəhs etdi. Bildirdi ki, erkən nikahların qarşısının alınması, qızların təhsil hüquqlarının qorunması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu siyasətin həyata keçirilməsinə dəstək hər bir təhsil müəssisəsinin fəaliyyətinin əsas xətti olmalıdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

