Kollecdə “Fəaliyyətlərin gender bərabərliyinin təmin edilməsi” mövzusunda tədbir keçirildi.

Kollecdə “Fəaliyyətlərin gender bərabərliyinin təmin edilməsi” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Fəaliyyətlərin gender bərabərliyinin təmin edilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Sudabə Mövsümzadə gender bərabərliyinin cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafında rolundan, qadın və kişilərin əmək bazarında, təhsildə və ictimai həyatda bərabər iştirakından, gender bərabərliyinin təmin edilməsinin insan hüquqlarının qorunması və dayanıqlı inkişaf məqsədlərinə çatmaq baxımından mühüm əhəmiyyət daşımasından, gender stereotiplərinin aradan qaldırılmasının vacibliyi, bərabər imkanların təşviqi və bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər gənclərdə sosial həyatda bərabərliyin formalaşmasına töhfə verir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий