Kollecdə Pedaqoji Şuranınn növbəti iclası keçirildi.

Kollecdə Pedaqoji Şuranınn növbəti iclası keçirildi.

25 dekabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada ilkin olaraq “2025/2026-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” barədə tədris işləri üzrə direktor müavini Emil Vahabov məlumat verdi.
“Kollokviumların yekun nəticələri” haqqında Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Sənubər Əşrəfbəylinin hesabatı dinlənildi.
“Açıq dərslərin keçirilməsinin vəziyyəti haqqında” Metodşuranın sədri Mirvari Səmədova məlumat verdi .
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu. Pedaqoji Şuranın üzvü “Xarici dillər” FBK-nın sədri Almas Sadıxova yubiley yaşı münasibətilə təşəkkürnamə ilə təltif olundu.
Sonda Kollecin direktoru Leyla İbrahimova qarşıda gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha kollektivi təbrik etdi. Məlumat üçün bildirək ki, bayram münasibətilə Kollec əməkdaşlarına pul mükafatı verilmişdir.

Добавить комментарий