Kollecdə “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə” həsr olunmuş tədbir keçirildi

Kollecdə  “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə”  həsr olunmuş  tədbir keçirildi

24 dekabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “31-Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə” həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq tədbir iştirakçılarını qarşıda gələn Yeni il mühasibətilə təbrik etdi və il ərzində Kollecin ictimai-mədəni tədbirlərində iştirak edən bir qrup tələbəni mükafatlandırdı. Sonra Yeni il tədbiri ilə bağlı “İncəsənət fənləri” FBK-nın müəllim və tələbələrinin hazırladıqları konsert proqramı iştirakçılara təqdim olundu. Tədbirdə yeni ilin simvolu olan şaxta baba və qar qız iştirak edərək tələbələri, müəllimləri təbrik etdi, tədbirə rəngarənglik qatdı. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Добавить комментарий