Kollecin tələbələri “NOVRUZ KUBOKU” futzal turnirində iştirak edib.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri Şirvanda keçirilən “NOVRUZ KUBOKU” futzal turnirində iştirak ediblər.
Turnirdə ölkənin müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən 6 komanda mübarizə aparır:
• Sumqayıt Dövlət Universiteti
• Lənkəran Dövlət Universiteti
• Şamaxı Dövlət Regional Kolleci
• Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
• Lənkəran Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
• Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Turnirin ilk günündə püşkatma keçirilmiş və komandalar arasında qarşılaşmalar baş tutmuşdur. Gərgin və maraqlı keçən oyunların nəticəsinə əsasən növbəti mərhələyə aşağıdakı komandalar vəsiqə qazanmışdır:
Sumqayıt Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Lənkəran Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Turnirin növbəti günü komandalar mübarizəni davam etdirəcəklər

Добавить комментарий